Norveçdə bıçaqlı hücum: Yaralılar varbackend

Norveçdə bıçaqlı hücum: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə Numedal rayonunda terror hadisəsi törədilib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, insanlara bıçaqla hücum edən naməlum şəxsin tutulduğu bildirilib. Hadisə baş verən zaman əraziyə helikopter də daxil olmaqla, çox sayda tibbi təcili yardım bölmələri cəlb olunub. Üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə baş verməmişdən qabaq polis 4 nəfərin yaralandığını bildirmişdi.

//Nəzərbəy, Editor.az