Norveçdə Greenpeace beynəlxalq ətraf mühit təşkilatının fəalları Rusiya neft tankerinin yolunu bağlayıblar.
Bu barədə Editor.az “Reuters”-ə istinadən yazır. Agentliyin məlumatına görə, fəallar Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq kiçik qayıqla tankerə doğru üzərək özlərini lövbər zəncirinə bağlayıblar. Esso Norway şirkətinin terminalına doğru hərəkət edən gəmi indi Oslodan 70 km cənubda yerləşir. “Neft təkcə iqlim böhranının deyil, həm də müharibələrin və münaqişələrin mərkəzindədir. Mən heyrətlənirəm ki, Norveç Rusiya nefti üçün azad liman kimi fəaliyyət göstərir, biz bilirik ki, bu liman Putinin müharibəsini maliyyələşdirir”.
Bundan əvvəl Esso Norway neft şirkətinin nümayəndəsi Borsenə Rusiya neftinin ölkəyə tədarükünün davam etdiyini təsdiqləyib. Eyni zamanda, müqavilələr hərbi əməliyyatlar başlamazdan əvvəl bağlanıb və yeniləri nəzərdə tutulmayıb, – Esso spikeri bildirib. Greenpeace Norveç hökumətini rus qalıq yanacaqlarının idxalına qadağa qoymağa çağırıb və bildirib ki, Exxon Mobil Esso-nun Norveç qolu Ukraynaya müdaxilədən sonra Rusiyadan idxalı nəzərdə tutan bütün müqavilələri ləğv etməlidir.

