Norveç hökuməti Rusiyaya qarşı tətbiq edilən mövcud sanksiyaları gücləndirmək və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq üçün yeni sanksiyaların tətbiqinə qərar verdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib.
O, Avropa İttifaqının on birinci paketi ilə böyük ölçüdə eyni olan yeni sanksiyalara istənilən valyutada qiymətli kağızların satışına və Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və müdafiə potensialının inkişafına kömək edə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağalar daxildir.
//Gülnarə Abasova, Editor.az

