Norveç israilli köçkünlər tərəfindən istehsal olunan məhsulların etiketlənməsinə qərar verib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, müvafiq olaraq İordan çayının qərb sahili, Şərqi Qüds və Qolan təpələrindən idxal ediləcək qida məhsullarına mənşə yerini göstərən etiketlərin tətbiqi məcburi olacaq. Bu bölgələrdən Norveçə xüsusilə şərab, zeytun yağı, meyvə, tərəvəz və kartof ixrac edilir.
İsrail tərəfindən qərar narazılıqla qarşılanıb. Verilən açıqlamada verilən qərarın ölkələr arasındakı münasibətlərə mənfi təsir edəcəyi bildirilib.
//Nəzərbəy Hacıağayev, Editor.az

