Putinin rejimi “sonunun başlanğıcında”dır.
Editor.az xəbər verir ki, bu fikri norveçli politoloq, Rusiya üzrə ekspert Even Norman deyib.
Məsələ ilə bağlı o, Rusiya iqtisadiyyatına mənfi təsir göstərə biləcək müxtəlif amillərə, o cümlədən sanksiyalara, işğaldan sonra şirkətlərin qaçmasına və digər ölkələrin Rusiya ixracatını qəbul etmək istəyinin azalmasına işarə edib.
“Putin hakimiyyətinin 22 ili ərzində iqtisadiyyatda çox az şey dəyişib. Və mən təəccüblənirəm ki, Putin kimi təcrübəli marksist maddi amillərin vacib olduğunu saddəcə başa düşmür”.
Politoloqun sözlərinə görə, Putin rejiminin nə vaxt çökə biləcəyini və bunun hansı nəticələrə səbəb olacağını dəqiq proqnozlaşdırmaq çətindir.
“Putin Rusiyada mütəşəkkil liberal təfəkkürün və fəaliyyətin kökünü kəsmək üçün ciddi işlər görüb. Bu, ölkə üçün pis, Putin rejimi üçünsə yaxşıdır”, – Norman deyib.
Xatırladaq ki, bir qədər əvvəl avstriyalı hərbi ekspert Tom Kuper demişdi ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı müharibə ilə öz dövlətinin ordusunu tərksilah edir.
Editor.az

