Norveçli professor Qlenn Dizen deyir ki, NATO Kurska hücumla bağlı Ukrayna hərbçilərinə kömək etməklə üçüncü dünya müharibəsinin başlamasına səbəb olub.
Editor.az xəbər verir ki, alim bu barədə Suriya Analizi YouTube kanalında bildirib.
“Biz tədricən eskalasiyanın davam etdiyini görürük və bunu birbaşa (Ukrayna prezidenti Vladimir) Zelenski nümayiş etdirdi”, – ekspert bildirib. Diesen həmçinin qeyd edib ki, Almaniya və İngiltərə Kursk bölgəsinə hücuma görə Ukraynaya daha çox silah verməyi nəzərdən keçirir.
Avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri sərhədi keçərək bölgənin dərinliyinə doğru irəliləməyə cəhd ediblər. İki gün sonra Rusiya Müdafiə Nazirliyi Korenevski və Sudjanski rayonlarında döyüşlərin davam etdiyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az