Britaniyanın “Daily Mail” qəzetinin jurnalistləri fransız həkimi və kimyagəri Nostradamusun peyğəmbərliklərində ABŞ, İsrail və İran arasında müharibənin vaxt qrafikini aşkar ediblər. “Quatrain I:26″-dakı bir hissədə yazılır: “Gecələr pusqudan böyük bir arı sürüsü qalxacaq…” Bunu Yaxın Şərqdəki münaqişə tərəflərinin istifadə etdiyi döyüş dronlarına istinad kimi şərh etmək olar.
“Böyük müharibənin yeddi ayı ərzində insanlar şər əlində həlak olur / Ruan, Evrö, kral uğursuz olmaz”, məqalənin müəllifi münaqişənin nə qədər davam edə biləcəyinə işarə edərək başqa bir hissəyə istinad edir.
Nostradamusun başqa bir peyğəmbərliyində deyilir: “Mars ulduzların arasından keçəndə müqəddəs yer insan qanı ilə sulanacaq. Şərqdə üç yanğın baş verəcək və qərb qaranlığa qərq olacaq.”
Müəllif sonda qeyd edib ki, Mars qədim Romada müharibə tanrısı olduğundan, bəzi təfsirçilər bu parçanın 2026-cı ilin şiddətli qlobal münaqişələrlə əlamətdar ola biləcəyini göstərdiyinə inanırlar.
//Samir Qurbanov, Editor.az

