“Nottingem Forest”dən “Liverpul”a transferbackend

“Nottingem Forest”dən “Liverpul”a transfer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə “Nottingem Forest” heyətinə yeni oyunçu qatıb. Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir verir ki, “Nottingem Forest” “Liverpul”un uelsli müdafiəçisi Neko Vilhamsı heyətinə qatıb. Klubdan verilən açıqlamaya görə “qırmızılar”ın aşağı yaş qrupunda yetişən 21 yaşlı futbolçu ilə dörd illik razılıq əldə olunub. “Nottingem Forest” bu transferin baş tutması üçün “Liverpul”a 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, Vilhams “Liverpul”un heyətində 33 dəfə meydana çıxıb. O 21 dəfə öz milli komandasının formasını geyinmək şərəfinə də nail olub. Vilhams 2 dəfə Uels millisinin heyətində fərqlənməyi bacarıb.

//Nəzərbəy Hacıağayev, Editor.az