Növbədənkənar parlament seçkisi: Saat 10:00-a olan seçici fəallığı açıqlandıbackend

Növbədənkənar parlament seçkisi: Saat 10:00-a olan seçici fəallığı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.