Növbəti il əməkhaqqı nə qədər artacaq?-AÇIQLAMAbackend

Növbəti il əməkhaqqı nə qədər artacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər ilin sonuncu rübündə növbəti illərdə əməkhaqlarının qaldırılması ilə bağlı müzakirələr aparılır. Burada illik inflyasiya göstəricilərini əsas götürməklə səviyyə müəyyən edilir. 2021-ci ildə də 2022-ci il üçün eyni hal yaşanmışdı”.

Bu fikirləri Editor.az-a 2023-cü il üçün əməkhaqqılarının artması məsələsinə açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.


Onun sözlərinə görə, 2021-ci ilin sonundan başlayaraq müxtəlif istiqamətlər üzrə əməkhaqqları artırılmağa başladı, amma 2021-ci ilin inflyasiya göstəricilərinə nəzər saldıqda orta inflyasiya 6.7% olub:

“Ərzaq məhsulları üzrə göstəricilər isə 8%-dən çox olub. 2022-ci ildə bu göstərici daha yuxarıdır. İlk 9 ay ərzində orta inflyasiya 13.5%-ə çatır. Ərzaq məhsulları üzrə inflyasiya 20%-i keçib. Amma ərzaq məhsulları, içkilər və tütün məmulatları birlikdə  19.3%-dir. Statistik göstəricilərə əsasən əhalinin gəliri 20.2% artıb. Orta aylıq əməkhaqqı isə 2022-ci ilin ilk 8 ayı ərzində 2021-ci il ilə müqayisədə 14.3% artıb. Yəni, əhali  gəlirləri 20.2%, əməkhaqqı isə 14.3% artıb”.

Ekspertin fikrincə, 2023-cü ildə iqtisadi vəziyyət belədir:

“Dövlət büdcəsində əməyin ödənişi üzrə olan xərclərin artımına əsasən  əməkhaqqının nə qədər artırılacağını deyə bilərik. 2023-cü ildə əməyin ödənişi üzrə olan xərclər 8.5 milyard manat artıb. Bu da ötən ilin göstəricisindən 0.42 milyard manat çoxdur. Növbəti il üçün inflyasiya 7% proqnozlaşdırılır. Buna görə də 2023-cü ildə dövlət büdcəsi layihəsində orta aylıq əməkhaqqı artımı 7.1%  gözlənilir. 2021-ci ildə isə bu göstərici 14.3% olub. Bu il üçün isə 2 dəfədən az proqnozlaşdırırlır.Statistikaya əsasən əməkhaqqı maksimum 15% artırıla bilər”.

//Safura Bənnayeva, Editor.az