Növbəti İran-İraq savaşına doğrubackend

Növbəti İran-İraq savaşına doğru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iraqın müdafiə naziri Sabet əl-Abbasi İranla təhlükəsizlik sazişinin dayandırılacağını istisna etməyib.

Editor.az bildirir ki, bu barədə o, “Əl-Ərəbiyyə” telekanalına danışıb. əl-Abbasinin fikrincə, İranın İraq Kürdüstanını bombalaması razılaşmalara ziddir. “İranın Kürdüstanı bombalaması pislənir və qəti şəkildə rədd edilir.

Bu hücumlar İranla dayandırıla biləcək təhlükəsizlik sazişinə ziddir”, – əl-Abbasi bildirib. Nazirin sözlərinə görə, İran İraqla əməkdaşlığa xələl gətirir. Tehran ölkədəki hədəfləri vurmaq əvəzinə, yoxlamaq üçün Bağdada Ərbildəki casusluq fəaliyyəti ilə bağlı məlumat verə bilər.

Xatırladaq ki, İran dünən, yanvarın 16-na keçən gecə iki ölkənin – İraq və Suriya ərazisinə raketlərlə hücum edib.

//Samir Qurbanov, Editor.az