Növbəti mərhələdə Rusiya-Ermənistan qarşıdurması yeni müstəviyə daxil olacaq-ŞƏRHbackend

Növbəti mərhələdə Rusiya-Ermənistan qarşıdurması yeni müstəviyə daxil olacaq-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyanın son dövrlərdə yeritdiyi qərbyönümlü siyasəti məlum məsələdir. Ekspertlərin bir çoxu düşünür ki, Rusiya Ukraynada apardığı müharibədə “bataqlığa” düşüb. Ola bilər ki, Ermənistan və yeni “dostu” Fransada eyni fikirdədirlər. Bu vəziyyətdən istifadə edərək regionda əsas güc sahibi olmağa çalışırlar.

Digər tərəfdən isə Rusiyanın hələ də Ermənistanın belə “dönük” rəftarına qarşı hər hansı addım atmaması maraq doğurur. Bunun səbəbi nədir? Bu iki ölkə niyə Ermənistanı aralarında “bölüşdürə” bilmir?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın tutduğu siyasətin birbaşa Rusiya əleyhinə formalaşdığı qənaətindədir:

“Bu, Rusiyanın Ermənistandan çıxarılmasını özündə ehtiva edir. Avropa İttifaqının uzunmüddətli müşahidə missiyası tərkibində Fransa jandarmalarının da olması Rusiya-Ermənistan əlaqələrinə zərbədir. Moskvanın rəsmi şəxsləri, xarici işlər naziri Sergey Lavrov artıq demək olar ki, rəsmi İrəvanı hədələyir. Bu da Ermənistan üçün hansısa müsbət prosesə gətirib çıxartmayacaq. Rusiyanın Ermənistanda hərbi bazası var və ona hərbi yolla təsir edə bilər. Ümumilikdə isə Ermənistanda antiRusiya münasibəti mövcuddur. Nikol Paşinyanın qərbpərəst siyasəti heç də İrəvanda güclü şəkildə mövqeyini möhkəmləndirməyəcək. Çünki Rusiyanın burada V kalonu möhkəmdir. Növbəti mərhələdə Rusiya-Ermənistan qarşıdurması yeni müstəviyə daxil olacaq. Rəsmi Moskva hərbi çevrilişə də cəhd edə bilər. Əgər Rusiya Maldova, Ukraynada bu planı həyata keçirməyi planlaşdırırsa, İrəvandakı qüvvələr hesabına da rahat şəkildə reallaşdıra bilər”.
 
//Safura Bənnayeva, Editor.az