Növbəti ÜÇTƏRƏFLİ GÖRÜŞ: Gündəlikdə nələr olacaq?- AÇIQLAMAbackend

Növbəti ÜÇTƏRƏFLİ GÖRÜŞ: Gündəlikdə nələr olacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daha öncə cari ilin aprel və may ayında Azərbaycan, Rusiya, Ermənistan Prezidentləri arasında Brüsseldə mühüm görüşlər keçirilmişdi. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu görüşlər Rusiya-Ukrayna müharibəsi  fonunda  Avropa İttifaqının regionda nüfuzunu daha da artırmaq məqsədilə intensiv şəkildə vasitəçilik imkanlarını tərəflərə təqdim etməsi ilə yadda qaldı. Mayın 22-də sonuncu keçirilən görüşdə Avropa İttifaqının Prezidenti Şarl Mişel görüş sonrası bəyanatında qeyd etdi ki, növbəti görüşün iyulun sonu avqustun əvvəllərində keçirilməsi nəzərdə tutulub. Lakin avqust ayında bu görüş baş tutmadı və siyasi analitiklərin nəzərində müəyyən suallar formalaşdı. Bu fonda Rusiya tərəfi öz moderatorluğunu tərəflərə təqdim etdi. Lakin nə görüşün tarixi, nə də məkanı hələ ki, bəlli deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Aİ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir:

” Arzuolunandır ki, bu mübarizə siyasi diplomatik və danışıqlar müstəvisində icra olunur. Hər iki tərəf daha çox regionun inkişafı, xalqların rifahı, iqtisadi səmərəlilik təşəbbüsləri ilə çıxış edirlər. Bu xüsusda Avropa İttifaqının maraqlı təklifləri var. Azərbaycan da yaranmış vəziyyətdən istifadə edərək üçtərəfli birgə bəyanatlarda qeyd olunmayan məsələləri siyasi gündəliyə daşıyır və bu, çox uğurlu alınır. Cənab Prezidentimiz İlham Əliyev həm Birinci Qarabağ müharibəsinin yekunları kimi itkin düşmüş 4 min soydaşımızı  aqibətinin müəyyən olunması, həm də Ermənistanla sülh müqaviləsinin imzalanması, eləcə də sərhədlərin delimitasiya və demakrasiyası ilə bağlı məsələləri daha çox qabardır. Bu xüsusda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı qırmızı xətt kimi görünür. Azərbaycanın mühüm uğurlarından biri də status məsələsinin müzakirə olunmaması, tarixin arxivinə göndərilməsi, ATƏT-in Minsk Qrupu formatı da keçirilən görüşlərin arxa planda qalması, yeni geosiyasi reallıqlar formatında bu İnstitutun effektsiz fəaliyyəti fonunda yeni yanaşmaların təqdim olunmasıdır. Hesab edirəm ki, avqustun sonunda keçiriləcək görüşdə  Azərbaycan tərəfi bir sıra mühüm təkliflərlə çıxış edəcək. Çünki üçtərəfli Birgə Bəyanatın 6-cı maddəsi artıq öz həllini tapır və Laçın dəhlizinə alternativ yolun çəkilməsi başa çatıb. Zabux, Sus və Laçın şəhərinin mərkəzləri bu gün Azərbaycanın nəzarətinə verilir və rus sülhməramlıları yeni alternativ yola diskolaksiya olunacaq. Bu Azərbaycanın prinsipiallıq qətiyyəti və “Qisas” əməliyyatının uğurlu nəticələrini özündə əks etdirir”.

İ. Hüseynov qeyd edib ki, Azərbaycan tərəfinin əsas istəyi  nəqliyyat əlaqələrin bərpa olunması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlıdır:

” Ermənistan tərəfi Azərbaycanla sərhəddə üç nəzarət buraxılış məntəqəsinin təsis olunması ilə bağlı bir nəticədədir. Lakin bu nəzarət buraxılış məntəqələrinin yerləşdiyi məkan naməlumdur. Bu məsələləri müzakirə etmək üçün Brüsseldə yaxşı  fürsət yarana bilər. Həm nəqliyyat, həm də dəmir yolu xətti ilə bağlı yekun bir mövqe nümayiş oluna bilər.  Çünki Azərbaycan tərəfi ” Qisas” antiterror əməliyyatı ilə nümayiş etdirdi ki, “Dəmir Yumruq” hələ də yerindədir və Azərbaycan Ordusu çox qüdrətlidir. Ordumuzun meydanda qazandığı döyüş səhnəsində əldə etdiyi nəticələr birbaşa olaraq danışıqlar masasını sirayət edir və bunun uğurlu nəticələrinin biz yenidən Brüsseldə şahidi olacağıq”.

//Gülnarə Abasova, Editor.az