Novorossiysk şəhəri pilotsuz katerlərin hücumuna məruz qalıbbackend

Novorossiysk şəhəri pilotsuz katerlərin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 3-nə keçən gecə Krasnodar diyarının Novorossiysk şəhəri pilotsuz katerlərin hücumuna məruz qalıb.

Editor.az bildirir ki, bu barədə şəhərin meri Andrey Kravçenko məlumat verib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Akvatoriyaya baxış keçirmək üçün şəhərin çimərliyi və sahili bağlanıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi Novorossiysk istiqamətində hərəkət edən iki pilotsuz katerin məhv edilməsi barədə məlumat yayıb.

Həmçinin departamentin məlumatına görə, beş pilotsuz uçan təyyarə Belqorod vilayətində, dördü Bryansk üzərində, biri isə Moskva üzərində vurulub. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya bölgələri müntəzəm atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarının “yatırılması” barədə məlumat verir və Rusiya ərazisi üzərində raket və pilotsuz təyyarələrin vurulduğunu bildirir. Əksər hallarda Kiyev bu mesajları şərh etmir.

//Samir Qurbanov, Editor.az