Novruz bayram tədbirləri zamanı İranda 27 nəfər ölübbackend

Novruz bayram tədbirləri zamanı İranda 27 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Novruz şənlikləri şənlikləri zamanı 27 nəfər ölüb. Qeyd edək ki, İranda da bayram tədbirləri Novruza dörd həftə qalmış başlayır.

Ənənəyə od yandırmaq, onların üzərindən tullanmaq, şam yandırmaq və s. daxildir. İran əhalisi bayramqabağı çərşənbə axşamlarında müxtəlif pirotexniki vasitələrdən istifadə edirlər ki, bu da çox vaxt yaralanma və ölümə səbəb olur. İranda demək olar ki, hər il Novruz bayramında təkcə yanğın səbəbindən xeyli sayda insanlar ölür.

Beləliklə, fevralın 20-dən martın 15-dək artıq 27 nəfər ölüb. Zərərçəkənlərin sayı isə 4095 nəfər təşkil edir. Ən çox baş verən xəsarətlər göz zədələri olub – 1357 hadisə, müxtəlif dərəcəli yanıqların sayı 867-dir. İranın Fövqəladə Hallar Təşkilatının sədri Cəfər Miadfər çərşənbə günü bildirib ki, 287 vətəndaşın xəstəxanaya yerləşdirilməsinə ehtiyac var ki, onlardan 222 nəfəri əzalarını itirib, 25 nəfərin vəziyyəti isə ağırdır. Qurbanların əksəriyyəti Tehran əyalətindəndir.

 //Samir Qurbanov,Editor.az