Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi – SƏRƏNCAMbackend

Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb:

sənəddə deyilir:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu – ” sözləri çıxarılsın. 2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası təhsil nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini”.

//milli.az