Nuland: ABŞ-ın Ukraynaya yeni nəsil döyüş təyyarələri verəcəyi ehtimal olunurbackend

Nuland: ABŞ-ın Ukraynaya yeni nəsil döyüş təyyarələri verəcəyi ehtimal olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland bəyan edib ki, Ukraynanı yeni nəsil döyüş təyyarələri ilə təmin edə bilər.

Editor.az  “Washington Post” a istinadla xəbər verir ki, Nuland Ukraynaya F-16 təyyarələrinin göndərilməsinin mümkünlüyü ilə bağlı sualları da cavablandırıb. “Biz təkcə qarşıdan gələn yaz münaqişələrini deyil, həm də Ukrayna ordusunun gələcəyini düşünürük. İstər ABŞ daxilində, istərsə də Ukrayna ilə uzunmüddətli hava hücumundan müdafiə ilə bağlı danışıqlara davam edirik”,- deyə o, vurğulayıb.

Nuland bildirib ki, ABŞ Ukrayna ordusunun hələ istifadə etmədiyi silah növləri də daxil olmaqla “güclü inteqrasiyanı” təmin etməyə çalışır.

//Gülnarə Abasova, Editor.az