Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdibackend

Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul etdi.

Editor.az Trend-ə istinadən bildirir ki, təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda qanun səsini qazanıb.

Aşağı palatanın qəbul etdiyi sənəddə yalnız bir ittiham maddəsi var – üsyana çağırış.

İndi ittiham aktı prosedurun məhkəməyə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının cədvəlinə görə, Senat Trampın səlahiyyətlərinin müddəti bitdikdən sonra impiçment məsələsini həll edə bilər.