Çərşənbə axşamı, oktyabrın 31-də ABŞ övlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin İsrail və Ukraynaya təcili maliyyə ayrılması ilə bağlı Senatın Təxsisatlar Komitəsi qarşısında ifadə veriblər.
Editor.az xəbər verir ki, Fələstin tərəfdarı etirazçılar dinləmənin canlı yayım prosesini dayandırıblar. Plakat və əlləri qırmızıya boyanmış nümayişçilər ABŞ-ı İsrail tərəfindən bombalanan Fələstin Qəzzasındakı “qırğına” dəstək verməkdə ittiham ediblər.
Etirazçılar “Qəzzanın uşaqlarını xilas edin”, “Dərhal atəşi dayandırın”, həmçinin “Fələstindən Meksikaya qədər bütün divarları yıxmaq” şüarları səsləndiriblər. Oxşar çağırışlar posterlərdə də yer alıb. ABŞ Kapitoli polisi etirazçıları dinləmənin keçirildiyi otaqdan müşayiət edib. Bundan sonra Blinken çıxışını bitirib. Komitənin sədri Patty Murray müdafiə naziri Lloyd Ostin açılış nitqinə başlamazdan əvvəl dinləməni qısa müddətə dayandırıb. Bu, Kapitol polisinin binaları boşaltması üçün edilib.
//Samir Qurbanov, Editor.az

