Nurgül Yeşilçay qəfildən səhnədə yıxılıbbackend

Nurgül Yeşilçay qəfildən səhnədə yıxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftələrdə şəxsi maşını ilə böyük qəzadan sağ çıxan Nurgül Yeşilçay pərəstişkarlarını yenidən qorxudub.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Yeşilçayın gərgin iş tempinə dözmədiyi üçün səhnədə huşunu itirərək yıxılıb.

Nurgül Yeşilçay keçən həftə qəza keçirdiyini özünün “İnstagram” səhifəsində bildirmişdi.

“Öz maşınımla qəza törətdim. Böyük bir qəzadan xilas oldum. Çənəmdə və ağzımda hələ də tikişlər var. Ancaq özümü yaxşı hiss edirəm. Sizlərə məsləhətim maşında təhlükəsizlik kəmərindən hər zaman istifadə edin”,-deyə Nurgül bildirib.

Qeyd edək ki, aktrisa səhnədə huşunu itirərkən “Barda bir gecə” adlı tamaşasında baş rolu canlandırırdı.

  //Editor.az