Nurinin səhifəsini oğurlayıb pul qazandılarbackend

Nurinin səhifəsini oğurlayıb pul qazandılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeşilçam” filmlərində “pis adam” obrazları ilə yadda qalan aktyor Nuri Alçonun başına iş gəlib.

Editor.az axşam.az-a istinadən bildirir ki, aktyorun sosial şəbəkə hesabı hakerlər tərəfindən oğurlanıb. Kimliyi bilinməyən şəxslər sənətçinin izləyicilərini mərc saytı adı ilə aldadaraq onların daha çox pul qazanacaqlarını vəd edib.

Alçonun Zəhra Aslan Şahin adlı izləyicisi bu yol ilə 60 min lirəsinin mənimsənildiyini bildirərərk hüquq-mühafizə orqanlarına müraciət edib. Prokurorluğa çağırılan aktyor izləyicilərindən diqqətli olmalarını istəyib:

“Hər kəs çox diqqətli olsun. Məni tanıyan insanlar qətiyyən belə şeylərə inanıb ödəniş etməsinlər”.