Nursultan Nazarbayev “fəxri senator” titulunu da itirdibackend

Nursultan Nazarbayev “fəxri senator” titulunu da itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “fəxri senator” statusunu itirib.
Bu titul parlamentin yuxarı palatasının reqlamentindən çıxarılıb.
Editor.az bildirir ki, bu barədə parlamentin sədri Maulen Aşimbayev deyib. Onun sözlərinə görə, “Biz “fəxri senator” adını reqlamentimizdən çıxardıq və bütün bunlar ümumxalq səsverməsinin nəticələrinə görə həyata keçirilir”. Spiker onu da bildirib ki, yanvarın 13-də deputatlar respublikanın birinci prezidenti “Elbası” haqqında konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə də baxacaqlar.
  //Samir Qurbanov, Editor.az