Nursultan Nazarbayev ürək əməliyyatı keçiribbackend

Nursultan Nazarbayev ürək əməliyyatı keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin xəstəxanaya yerləşdirilməsi haqqında xəbər vermişdik. Ən son məlumata görə, o, ürəyindən əməliyyat olunub.

Editor.az bildirir ki, bu barədə onun mətbuat katibi Aidos Ukibay deyib. “Zakon.kz” xəbər verir ki, əməliyyat uğurla keçib, Nazarbayevin həyatı üçün təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır.

Qazaxıstanın eks-prezidentinin mətbuat katibi onu da qeyd edib ki, əməliyyat məşhur kardiocərrah Yuri Pyanın rəhbərliyi altında Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində yerinə yetirilib.

Nazarbayevin Milli Elmi Ürək Cərrahiyyə Mərkəzinə yerləşdirilməsini Qazaxıstan Səhiyyə Nazirliyi də təsdiqləyib.

//Samir Qurbanov,Editor.az