Nursultan Nazarbayevin qardaşı oğlu çirkli pulların yuyulmasında iştirakını etiraf edibbackend

Nursultan Nazarbayevin qardaşı oğlu çirkli pulların yuyulmasında iştirakını etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldyuli çirkli pulların yuyulmasında günahını etiraf edib.

Editor.az xəbər verir ki, bu barədə məhkəmə iclasının yekunlarına görə Respublika Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmənin hazırlıq iclasında müdafiə tərəfi vəsatətlə ittiham üzrə sövdələşmənin bağlanması və qanunsuz əldə edilmiş əmlakın qaytarılması barədə vəsatətlə çıxış edib. Məhkəmə prosessual sazişin bağlanması məsələsini həll etmək üçün vaxt verib, məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu illər ərzində Kayrat Satıbaldıuli Milli Təhlükəsizlik Komitəsində və hakim “Nur Otan” partiyasında (indiki “Amanat”) çalışıb, bizneslə də məşğul olub. 2022-ci ilin martında o, vəzifə səlahiyyətlərindən sui-istifadə və “Qazaxtelekom”dan pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Həmin ilin sentyabrında o, 6 il müddətinə azadlıqdan məhrum edilib. İş çərçivəsində 98,6 milyon dollar Qazaxıstan büdcəsinə qaytarılıb.

//Samir Qurbanov, Editor.az