Nuşirəvan Məhərrəmli mənimsəmə faktını təsdiqlədibackend

Nuşirəvan Məhərrəmli mənimsəmə faktını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aktyorun dediklərində həqiqət var və bu məsələdə məsuliyyəti televiziya kanalları daşıyır”.

Editor.az bizim.media-ya istinadla xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasına sədrliyi Nuşirəvan Məhərrəmli deyib.

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsənilməsi məsələsini aktyor və rejissor Hikmət Rəhimov bir neçə gün öncə televiziyada çıxışı zamanı aktuallaşdırıb.

Azərbaycan prezidenti İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayaraq, Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayırıb.

2013-cü ildə isə Milli Televiziya və Radio Şurasına sədrliyi Nuşirəvan Məhərrəmli həyata keçirib. Onun ittihamlara cavabı maraqlı olub. N, Məhərrəmli açıqlamasında 6 milyonun mənimsənilməsində birbaşa telekanalları günahlandırıb:

“Həmin vəsait qəpiyinə qədər televiziya kanallarına ayrılıb və hər birinə bərabər şəkildə bölünüb. Mənimsəmənin də bütün məsuliyyəti televizya kanallarının rəhbərlərinə aiddir. O dövrdə kifayət qədər serial çəkildi. Amma çox bərbad vəziyyətdə və keyfiyyəti aşağı oldu. O zaman bilirsiz sitkom (situasiya komediyası) çəkilirdi və birdən-birə 40-a yaxın serial çəkildi. Onun da bütün məsuliyyəti televiziya kanallarının özünün idi. Yəni orada heç bir problem yox idi. Əlbəttə ki, vəsait qurum kimi bizə verilməli idi ki, onlara ötürək. Bütün vəsait qəpiyinə qədər televizya kanallarına köçürüldü. Biz orada sadəcə bankomat rolunu oynadıq”.

Nuşirəvan Məhərrəmli əlavə edib ki, 10 il əvvəl çəkilən keyfiyyətsiz seriallarla bağlı dəfələrlə narazılığını bildirib. Amma məsələyə reaksiya verən olmayıb:

“Aktyorun dediklərində həqiqət var və bu məsələdə məsuliyyəti televiziya kanalları daşıyır. Mən də o zaman çəkilən serialların hamısının keyfiyyətindən narazı idim. Amma bizim də elə səlahiyyətimiz yox idi ki, serialların çəkilişinə nəzarət edək. O zaman da narazılığımızı kifayət qədər ictimailəşdirmişik. 10 il bundan əvvəl olan bir məsələ barədə vaxtında danışmışıq”.