Nusret bu dəfə Fransa prezidenti Makronla görüşüb-FOTObackend

Nusret bu dəfə Fransa prezidenti Makronla görüşüb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il dünya çempionatından sonra meydançaya düşüb argentinalı futbolçularla şəkil çəkdirdikdən sonra gündəmə gələn Nusret Gökçe Fransa prezidenti Makronla görüşüb.

Editor.az xəbər verir ki, “Salt bae”adlı hərəkəti ilə dünya miqyasında şöhrət qazanan aşpaz Nusret Gökçe Argentinanın Dünya Kubokunun qalibiyyətini meydançaya enərək qeyd etməsi ilə gündəmə gəlib. Matçın qəhrəmanı Messi ilə bir araya gələn və kuboku futbolçularla qaldırdığı anları sosial şəbəkədə paylaşan Gökçe indi də məşhur Fransa lideri ilə görüşüb. Fransa prezidenti Emmanuel Makronla görüşən Gökçe “Bir prezidentdən daha çox” postunu atmağı da unutmayıb.

İnstaqramda 50 milyona yaxın izləyicisi olan məşhurun paylaşımına qısa zamanda minlərlə bəyənmə və şərh gəlib.

https://www.instagram.com/p/CnMoeSjsx0m/?igshid=YmMyMTA2M2Y=

//Gülnarə Abasova, Editor.az