ABŞ Strateji Komandanlığının komandanı general Entoni Kotton bildirib ki, yaxın 10 il ərzində Rusiya və Çin nüvə silahlarının sayına görə ABŞ-a çata bilər.
Editor.az-ın məlumatına görə, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində o izah edib ki, Rusiya Federasiyası və Çində nüvə silahlarının “heyrətləndirici dərəcədə sürətli” inkişafını nəzərə alsaq, 2035-ci ilə qədər onların döyüş başlıqlarının ümumi sayı hətta Amerika ehtiyatlarını keçə bilər.
Generalın fikrincə, Çin quruda yerləşən nüvə silahlarında da ABŞ-la paritetə nail olacaq. Komandirin sözlərinə görə, KXDR və İranın bu sahədə səyləri və ambisiyaları “ABŞ-ın strateji hesablamalarına yeni mürəkkəblik ölçüsü əlavə edir”. Bununla əlaqədar, Kotton Amerika nüvə silah sistemlərinin sürətli modernləşdirilməsinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Lakin ABŞ-ın strateji nüvə qüvvələrinin “bu gün döyüşməyə hazır olduğunu” açıqlayıb.
//Samir Qurbanov, Editor.az

