NYT: ABŞ rus generallarını öldürmək üçün Ukraynaya kəşfiyyat məlumatı verirbackend

NYT: ABŞ rus generallarını öldürmək üçün Ukraynaya kəşfiyyat məlumatı verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynada davam edən xüsusi hərbi əməliyyatda ukraynalıların bir neçə rus generalını öldürməsinə kömək etmək məqsədi ilə kəşfiyyat məlumatı ötürməsi iddia edilir.

Editor.az xəbər verir ki, “The New York Times” bu barədə  ABŞ rəsmilərinin iddialarına istinadla yazır.

Hesabatda Ukrayna hakimiyyətinin azı 12 rus generalını öldürdüyü iddia edilir. Bununla yanaşı, ABŞ rəsmilərinin öldürüldüyü iddia edilən yüksək rütbəli zabitlərin sayını açıqlamaqdan imtina etdiyi də qeyd edilir. Hesabata görə, döyüş sahəsinə dair kəşfiyyat məlumatlarının çox hissəsi ABŞ və Rusiyanı daha böyük gərginliyə sürükləyəcəyi üçün Ağ Ev tərəfindən gizli saxlanılır.

//Gülnarə Abasova, Editor.az