NYT: ABŞ Ukraynanı Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdə problemlər yaşayırbackend

NYT: ABŞ Ukraynanı Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdə problemlər yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev rəsmiləri ABŞ-ın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini tədarük etməkdə tezliklə çətinlik çəkəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Editor.az bu barədə ABŞ rəsmilərinin Ukraynaya verilən hava hücumundan müdafiə sistemi ilə bağlı açıqlamasına istinadla xəbər verir. Ağ Ev və Pentaqon rəsmilərinin Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tezliklə tədarük olunmayacağı ilə bağlı xəbərdarlıq etdiyi iddia edilib.

Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi əhəmiyyət kəsb edən hər bir “Patriot” sisteminin qiyməti 2 milyon ilə 4 milyon dollar arasında dəyişir. Ukraynanın hava hücumundan müdafiə silahları arasında yalnız “Patriot” ballistik raketlərə qarşı durmağa qadirdir.

//Gülnarə Abasova, Editor.az