“Bu qış Ukrayna Silahlı Qüvvələri Rusiyanın komanda mərkəzlərinə, sursat anbarlarına və təchizat xətlərinə raketlərlə hücum etməyi planlaşdırır”.
Editor.az New York Times qəzetinə (NYT) istinadən bildirir ki, Ukrayna hərbçiləri bu yolla Rusiya Federasiyasının döyüş qabiliyyətini azaltmaq istəyir.
Xüsusilə, Amerikanın ATACMS raketləri Müdafiə Qüvvələrinə bütün işğal olunmuş ərazilərdə rusların mövqelərinə zərbə endirmək imkanı verir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin cənubda hər kilometr irəliləməsi Rusiya üçün yeni problemlər yaradır.
Eyni zamanda, ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı soyuq qışa və qaranlığa qərq etmək istəyir, lakin bu baş verməyəcək.
Onu da qeyd edək ki, Ukrayna müdafiəçilərinin qış mövsümünə necə hazırlaşdığı və soyuq havalarda cəbhədəki döyüş əməliyyatlarının xarakterində hansı dəyişikliklərin baş verə biləcəyi də məlum olub.
//Safura Bənnayeva, Editor.az

