Nyu-York metrosunda atıma: ölən və yaralananlar varbackend

Nyu-York metrosunda atıma: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxs Nyu-York metrosunun Bronks stansiyasında atəş açıb.

Editor.az xəbər verir ki, bu barədə Nyu York Polis Departamentinin rəisi Maykl Kemperməlumat verib. O, bildirib ki, bir nəfər ölüb, beş nəfər yaralanıb. AP və “New York Post”un məlumatına görə, hadisə fevralın 12-də saat 16:40 radələrində baş verib.

Şahidlərin bildirdiyinə görə, naməlum şəxs ümumilikdə təxminən 10 dəfə atəş açıb. Nyu-York polis rəisi atışma zamanı 34 yaşlı kişinin həlak olduğunu bildirib. Xəsarət alanlar arasında 14 yaşlı qız və 15 yaşlı oğlan, həmçinin 71, 28 və 29 yaşlı üç böyük var.

Polisin məlumatına görə, naməlum şəxs qatar sərnişinləri ilə münaqişə zəminində atəş açmağa başlayıb. CNN yazır ki, kişi qırmızı gödəkçə və xizək maskası geyinibmiş. Atışmadan sonra o, qaça bilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

//Samir Qurbanov, Editor.az