Nyu York zooparkında heyvanlar koronavirusa yoluxubbackend

Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə zoopark rəhbərliyi bildirib.

Bununla da zooparkda 8 heyvanda virus qeydə alınıb. Aprelin əvvəlində dişi pələngin virusa yoluxduğu məlum olmuşdu.

Rəhbərliyin sözlərinə görə, heyvanlar özlərini yaxşı hiss edir.

Bronks zooparkı koronavirusla əlaqədar martın 16-dan etibarən bağlıdır. Orada yalnız onlayn rejimdə turlar keçirilib.