“Nyukastl Yunayted” Mussa Diabini transfer etmək istəyirbackend

“Nyukastl Yunayted” Mussa Diabini transfer etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukastl Yunayted” gələcək mövsüm üçün heyəti hazırlıqlara başlayıb.

Editor.az alman mətbuatında yayılan məlumata görə xəbər verir ki, “Nyukastl Yunayted” Almaniyanın “Bayer Leverkuzen” klubunda forma geyinən Mussa Diabini heyətinə qatmaq istəyir. İngiltərə təmsilçisi Diabinin transferinə görə, 50 milyon avro ödəməyə hazırdır. Almaniya klubu isə bu təklifi dəyərləndirməyi düşünür.

Qeyd edək ki, Mussa Diabi bu mövsüm forma geyindiyi 40 oyunda 16 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az