O, daha oxumayacaqbackend

O, daha oxumayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alla Puqaçova bundan sonra səhnəyə qayıtmayacaq.

Editor.az xəbər verir ki, bunu musiqi tənqidçisi və rusiyalı müxalif jurnalist Artemi Troitski deyib. Belə ki o, Kristina Orbakaitenin yeni “Alla oxuyacaq” mahnısından danışarkən bu fikri bölüşüb: “Təəssüf ki, Allanın oxumaq ehtimalı azdır. Doğrudur, onun mahnıları hələ də səslənir, hamıya məlumdur, hamı tərəfindən sevilir və s.

Amma qorxuram ki, Alla Borisovna müğənnilik karyerasını bitirdi . Birdən yenidən konsert verməyə başlasa, çox sevinəcəyəm, həm də çox təəccüblənəcəyəm”, – Troitski deyib. Puqaçovanın dostunun sözlərinə görə, indi müğənni başqa işlərlə məşğuldur. Onun başqa bir “həyat proqramı” var. İndi primadonna uşaqları və ailə işləri ilə vaxtını keçirir. Troitski onu da bildirib ki, müğənni siyasətdən danışmaq istəməsə də, əri Maksim Qalkini Rusiyada “zəhərləməyə” başlayanda, onun başqa çıxış yolu qalmayıb: “Alla bu işə qarışmaq istəmədi… O, böyük ölçüdə əri Maksim Qalkinə edilən hücumlarla təhrik edilib”, – jurnalist əlavə edib.

//Samir Qurbanov,Editor.az