“O demək deyil ki, peyvənd olundunsa, xəstəlik keçirməyəcəksən” – TƏBİB-in infeksionistibackend

“O demək deyil ki, peyvənd olundunsa, xəstəlik keçirməyəcəksən” – TƏBİB-in infeksionisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər zaman müzakirə mövzusudur ki, peyvəndlər insanlara zərər edir.

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib.

O bildirib ki, peyvəndlərə müalicə metodu kimi baxmaq düzgün deyil:

“Biri var qrip dönəmi ilə bağlı hər olunan qrip peyvəndi və yaxud da həyatımız boyu təqvimə uyğun olaraq uşaq doğulandan bəri müəyyən yaş dönəmlərində olunan peyvəndlər ki, bunlar təqvimə uyğun şəkildə həyata keçirilir.

Orqanizmin qoruyucu funksiyası var. Peyvənd müalicə etmir, müalicə metodu deyil, qorumağa xidmət edir. Peyvəndlərə müalicə metodu kimi baxmaq düzgün deyil. Amma xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitələrdən birincisidir.

Peyvəndlərin tərkibindəki elementlər hər kəsi maraqlandırır ki, tərkibində kimyəvi elementlər var ki, bu kimyəvi elementlerin olması orqanizmə təsr edir. Təbii, bəzi peyvəndlərin tərkibi kimyəvi elementlərdən ibarət ola bilər ki, bunun tərkibindəki elementlər orqanizmə yan təsirləri baxımından daha azdır, heç bir yan təsiri yoxdur”.

İnfeksionist onu da qeyd edib ki, peyvənd yan təsirləri araşdırıldıqdan sonra istifadəsinə icazə verilir:

“Xəstəliyi keçirəndən sonra orqanizm ona qarşı immunitet yarada bilər. Amma planlı şəkildə olan peyvəndləmə var və mövsümi xəstəliklərə qarşı ildə bir dəfə olan peyvəndlər var. Məsələn, qrip peyvəndi. Bundan öncəki bütün qrip növlərinə qarşı bir peyvənd hazırlanır ki, bu peyvənd insan orqanzmini 90/100 və 99/100 hallara qədər qoruya bilir. O demək deyil ki, peyvənd olundunsa, xəstəlik keçirməyəcəksən. Peyvənd olunan insanlar xəstəliyi, sadəcə, yüngül formada keçirir, yaxud da həmin xəstəliyə qarşı bədənində müəyyən bir immun sistemi formalaşmış olur ki, bu da xəstəliyi normal keçirməyinə kömək edir.

Peyvəndin yan təsirlərinə baxanda, ümumiyyətlə, onlar hazırlanarkən digər dərmanlardan da artıq yan təsirləri araşdırılır. İnsan orqanizmində yarada biləcəyi fəsadlar uzun bir müddət araşdırma mərhələsindən keçirildikdən sonra tətbiqetmə mərhələsinə başlanır. Ən az şübhə olsa belə ÜST tərəfindən o peyvəndlərin istifadəsinə icazə verilmir. Peyvəndlərdən heç bir zaman qorxmaq lazım deyil. Temperaturu olanlara, allergik xəstəlikləri olanlarda xəstəxana şəraitində peyvəndlərin vurulması daha məqsədə uyğundur. Peyvəndlər orqanizmin qoruyucu funksiyasına malikdir”.