“O dünyadayam, amma dəf kimiyəm…” – Rəşid Mahmudovbackend

“O dünyadayam, amma dəf kimiyəm…” – Rəşid Mahmudov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

Editor.az xəbər verir ki, R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

“Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.

Yenisabah.az