
“Əslində Azərbaycanı ermənilərlə üz-üzə qoyan həm Rusiya, həm də Qərbdir… Və əgər, dediyiniz kimi, ermənilərin arxasından Rusiya da, Qərb də çəkilsə, bizim ermənilərlə münasibətimiz indikindən daha loyal, mülayim olar. Biz axı insafsız, zalım xalq deyilik. Bütün törətdiklərinə rəğmən yenə deyəcəyik ki, Ermənistandan 300 mindən çox soydaşımızı qovdunuz, üstəlik, Azərbaycanın hüquqi ərazisinin də beşdə birini işğal edib 1 milyona yaxın insanımızı didərgin saldınız, 10 minlərimizi vəhşicəsinə qətlə yetirdiniz, əsir-girov götürdünüz. Bütün bunların müqabilində biz sizi buradan – Qarabağdan qovmuruq; ərazi bütövlüyümüzü tanıyıb, yəni Qarabağı da Azərbaycan ərazisi kimi tanıyıb, qanunlarımıza tabe olursunuzsa, gedin Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də və s. öz eviniz kimi yaşayın; Azərbaycan bizim ölkə olsa da, sizin də vətəniniz olsun. Siz də bizim kimi Azərbaycanı, bayrağımızı, dövlətimizi sevərək yaşayın, yaradın. Siz də quruculuq işində iştirak edin. Yəni əsas bir şərt var; milli, dini kimliyindən asılı olmayaraq əgər vətəndaşsansa, bi vətəni, bu xalqı, bu dövləti, bu bayrağı sevməlisən, bu, sənin borcundur. Mənim öz millətimin nümayəndəsi belə, bu dövləti, bu bayrağı sevməsə, mən ona düşmən kəsilərəm”- deyə açıqlamasının davamında keçmiş döyüşçü komandir söyləyib.
“Bütün deyilənlərlə bərabər bilmək lazımdır ki, artıq yüzillərlə namərdlik xisləti, türkə kin-nifrət genlərinə hopmuş hay toplumunun bütövlükdə səmimiliyinə heç vaxt etibar etmək olmaz. Onların xeyli hissəsi yenə də fürsət, məqam yetişəndə Azərbaycana arxadan zərbə vurmağa hazır olacaq… Bunu Osmanlı Türkiyəsinin də təcrübəsi sübut etdi. Yüz illərlə bu türk, müsəlman dövləti hayların yaşaması üçün hər cür şərait yaratdı, onlara hakimiyyət kürsülərində yüksək vəzifələr də, orduda paşalıq da verdi. Amma əvəzində onlar düşmən dövlətlərlə birləşib Anadoluda türklərə, kürdlərə və s. soyqırım törətdilər, Rusiya ordusuna tərəf keçib Türkiyə torpaqlarının işğalında iştirak etdilər. Yəni qırmızı xətti keçdilər. Odur ki, Osmanlı dövləti onlara yerini göstərib cəzalandırdı – kütləvi şəkildə sürgün etdi. Bu adekvat cavabı isə ermənilər və onlardan alət kimi yararlanan havadarları “soyqırım” kimi qələmə verdi… Bir sözlə, bütün məqamlarda hayklarla münasibətdə ehtiyatı əldən vermək olmaz”- deyə Arif Paşa vurğulayıb.

