“O nəinki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər” – Rozabackend

“O nəinki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər” – Roza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Roza Zərgərli həmkarı Elşad Qarayevlə bağlı danışıb.

Editor.az bizim.media-ya istinadla xəbər verir ki, o, “Rəngarəng səhər” verilişində E.Qarayevi böyüyü adlandırıb, hətta ayağını belə yumağa hazır olduğunu dilə gətirib.

“Verilişin kulisində Elşad bəy başını sinəmə qoymuşdu. O mənim böyüyüm, sevdiyim insandır. O nəinki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər. Mən onun ayağını da yuya bilərəm”, – deyə Roza vurğulayıb.

Zərgərlinin bu fikirlərinə isə Elşad Qarayev Rozanın əlindən öpərək, razılığını dilə gətirib.