O ölkə də müharibəyə qoşulur? – “Mossad” görüntü paylaşdıbackend

O ölkə də müharibəyə qoşulur? – “Mossad” görüntü paylaşdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə İran arasında müharibənin 7-ci gündə İngiltərənin təyyarə gəmisi “Kraliça Elizabet”in Süveyş kanalından keçən görüntüsü böyük səs-küy yaradıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gəminin İsrailə dəstək üçün Aralıq dənizindən keçdiyi iddia edilib.

Daha əvvəl Yəmən husilərinə qarşı Qırmızı dənizdə xidmət edən təyyarədaşıyan gəmi kanalı keçərək Qırmızı dənizə çatıb. Gəminin Aralıq dənizinə İsrailə dəstək məqsədilə keçdiyi deyilir. Ola bilsin ki, gəmidəki təyyarələr İran raketlərindən müdafiə üçün istifadə edilsin.

Gəminin görüntülərinin “Mossad” tərəfindən paylaşılması da iddiaları gücləndirib.