“OBA”da alınan yulafdan həşəratlar çıxdı – FOTO – VİDEObackend

“OBA”da alınan yulafdan həşəratlar çıxdı – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Salyan yolu 20 ünvanındakı binanın (“Jurnalistlər evi”) həyətində fəaliyyət göstərən OBA marketdə istifadə müddəti bitmiş yulaf satışa çıxarılıb.

Bu barədə göndərilən şikayətdə bildirilib ki, istehsalçısı “ELHAY” MMC olan yulafın içindən canlı həşəratlar çıxıb.

İstifadə müddəti 2 avqust 2022-ci ildə bitsə də, OBA marketin sözügedən filialında həmin məhsul hələ də satışdadır.

Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinə sorğu göndərsək də, mövqe bildirilməyib.

Vətəndaşları təhlükəli hallarla üzləşməmək üçün marketdə ərzaq almazdan öncə istifadə müddətinə baxmağı tövsiyə edirik!

Pravda