“Oba” market karantin rejimini pozdubackend

“Oba” market karantin rejimini pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Veysəloğlu” MMC-yə məxsus olan “Oba” marketin karantin rejimini pozması müəyyən olunub.

Editor.az-ın xəbərinə görə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən MMC-yə məxsus “Oba” marektdə epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozulub.

Bununla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilib.

Qaradağ rayon Məhkəməsinin qərarı ilə MMC 400 manat cərimə olunub.

Bu qərardan MMC apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.Demokrat.az