“OBA” şəhidlərin şəkillərini niyə çıxarıb?backend

“OBA” şəhidlərin şəkillərini niyə çıxarıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA” marketlər şəbəkəsi 8 may tarixində Tərtərin Qaradağlı kəndində şəhidlərimizin şəkillərinin çıxarılması haqqında yayılan xəbər ilə əlaqədar açıqlama verib.

 

Şirkətdən bildirilib ki, hadisə Tərtərin Qaradağlı kəndində yerləşən “OBA” marketdə mağaza üzərindəki reklam löhvəsinin dəyişdirilməsi zamanı baş verib. Şəhidlərimizin şəkilləri müvəqqəti olaraq çıxarılıb yenisiylə əvəz edilərkən diqqətsizlik ucbatından şəkillərdən biri zədələnib.

 

Qeyd edilib ki, bu hadisəyə “OBA” market əməkdaşı deyil, çöl reklamlarının vurulmasından məsul olan reklam agentliyi əməkdaşının diqqətsizliyi səbəb olub:

 

“Hüquq mühafizə orqanları bu hala səbəb olan şəxslə bağlı dərhal lazımi tədbir görüb.

 

Şəhid, qazi və əsgər ailələrini hər zaman yüksək qiymətləndirən və sosial layihələrində onlara mühüm yer verən “OBA” marketlər şəbəkəsi belə bir hadisədə adının hallanmasıyla əlaqədar təəssüf hissi keçirir.

 

Məlumat üçün qeyd edək ki, şirkət 7 may tarixində Ramazan bayramı ilə əlaqədar şəhid, qazi və əsgər ailələrini nəzərdə tutan yardım layihəsi həyata keçirib, Xocavənd rayonunun şəhid ailələrini qapı-qapı ziyarət edərək ərzaq qutuları paylayıb.

 

“OBA” marketlər şəbəkəsi şəhid və əsgərlərimizə hər zaman xüsusi həssaslıqla yanaşır, həyata keçirdiyi yardım layihələrində onları daim diqqətində saxlayır.

 

“OBA” marketlər şəbəkəsi bildirir ki, şəhidlərimizin əziz xatirəsinə qarşı hər hansı bir hörmətsizlik yolverilməzdir və bu cür diqqətsizliyə səbəb olan reklam agentliyinin əməkdaşı barəsində lazımi cəza tədbiri görülüb”.