Obama 5 ildən sonra ilk dəfə Ağ evdəbackend

Obama 5 ildən sonra ilk dəfə Ağ evdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obama 5 illik fasilədən sonra Ağ evə gəlib.

Editor.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin qonağı olan  Obama çıxışında Baydenin “Obamacare”nin  növbəti addımlarını izləyəcəyini bildirib. Obamanın Baydenə “cənab vitse-prezident Bayden” deyə müraciət etməsi qonaqları güldürüb.

Qeyd edək ki, keçmiş Prezident “Obamacare” adı ilə tanınan tibbi sığorta sistemindəki islahatlarla bağlı çıxış etmək məqsədilə Ağ Evə gəlib.

//Gülnarə Abasova, Editor.az