Obamadan Ukrayna müharibəsinə MÜNASİBƏTbackend

Obamadan Ukrayna müharibəsinə MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obama dünən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib.

Editor.az “Sabah.com.tr”yə istinadən xəbər verir ki, keçmiş Prezident Rusiyanın Ukraynaya hücum etməsinə təəccübləndiyini bildirib.

“5 il əvvəl müharibəni proqnozlaşdıra bilməzdim. Məncə Putin mənim tanıdığım adam deyil. O, qəzəbini, nifrətini cilovlaya bilirdi. O tanıdığım liderdimi ? Bilmirəm”, -deyə Obama bildirib.

Eks-prezident Rusiyanın Krımı ilhaq etməsinə də toxunub.

“2014-cü ildə yaranan mənzərə arzuolunmaz idi. Ancaq bu müharibə demokratiyada çatların olmasını göstərdi. Bəzi məsələlərlə bağlı düzgün qərarlar verilməsə, gələcək nəsillər üçün daha çətin problemləri miras qoyacağıq”, – deyə Obama bildirib.

//Editor.az