İspaniyanın “Barselona” klubunun oyunçusu Pyer-Emerik Obameyanq kapitanı olduğu Qabon milli komandasında daha oynamayacaq.
Editor.az “sporx” a istinadən xəbər verir ki, Qabon futbol federasiyasının məlumatına görə, Obameyanq milli karyerasını başa vurub. 32 yaşlı mərkəz hücumçusu qərarını məktub şəklində federasiyaya yollayıb.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 72 dəfə milli komandanın formasını geyinib. O, bu 72 oyunda 30 qol vurmaqla, milli komandasının tarixində ən çox qol vuran oyunçu statusunu qazanıb.
//Nəzərbəy, Editor.az