Odessa ballistik raketlərlə vuruldu: ölən və yaralananlar varbackend

Odessa ballistik raketlərlə vuruldu: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 14-də günün birinci yarısında ruslar Odessaya ballistik raketlərlə hücum edib. Nəticəsdə bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə Odessa VHA-nın rəhbəri Oleq Kiper Telegram-da məlumat verib. “Zərərçəkənlər xəstəxanadadır, onlardan ikisinin vəziyyəti ağırdır, həkimlər bütün lazımi yardımı göstərirlər, yaralılar və ölənlərin hamısı Ukrayna vətəndaşlarıdır.

Kiperin sözlərinə görə, zərbə həm də iki mülki gəmiyə, Beliz bayraqlı NS Moon və Palau bayrağı altında üzən “Optima” yük gəmisinə də ziyan vurub. “Optima” bir ay ərzində ikinci dəfə zədələnib – oktyabrın 7-də Rusiyanın ona endirdiyi zərbə nəticəsində bir ukraynalı həlak olub, beş əcnəbi yaralanmışdı.

//Samir Qurbanov, Editor.az