Rusiya ordusu Odessa vilayətinə “Oniks” tipli raketlərlə hücum edib.
Editor.az “Cənub” Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına istnaən bildirir ki, axşam saatlarında atılan raket istirahət infrastrukturu obyektinə düşüb. Yanğın baş verib və yanğınsöndürənlər dərhal onu söndürüblər.
Hazırda dinc əhali arasında itki qeydə alınmayıb. Sosial şəbəkələrdə yerli sakinlər hücumun istirahət mərkəzinə düşdüyünü bildirirlər.
//Samir Qurbanov, Editor.az