Odessa vilayətinin İzmail şəhərinə pilotsuz təyyarələrlə zərbələr endirilib, ölənlər və yaralananlar varbackend

Odessa vilayətinin İzmail şəhərinə pilotsuz təyyarələrlə zərbələr endirilib, ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-nə keçən gecə Rusiya ordusu Odessa vilayətinin İzmail şəhərinə pilotsuz təyyarələrlə zərbələr endirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Bu barədə VHA-nın rəhbəri Oleq Kiper Telegram-da məlumat verib. Ölənlər 1934 və 1955-ci il təvəllüdlü iki qadın və 73 yaşlı kişidir. Biri uşaq olmaqla 11 nəfər yaralanıb.

Bundan əlavə, hücum nəticəsində şəxsi və yaşayış binalarına, binalara, avtomobillərə ziyan dəyib. İnsanlara bütün lazımi yardımlar göstərilir, – Kiper bildirib.

//Samir Qurbanov, Editor.az