Odessa vuruldu, tələfat və dağıntı varbackend

Odessa vuruldu, tələfat və dağıntı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 10-na keçən gecə rus işğalçıları yenidən Odessanı “Şahedlərlə” vurdular – iki nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.

Odessa Vilayət Prokurorluğunun mətbuat xidmətinin verdiyi məlumata görə, düşmən 10-dan çox PUA-dan istifadə edib. Hücum nəticəsində iki nəfər həlak olub.

Doqquz nəfər xəsarət alıb: beş qadın və üç kişi yaralanıb, digər sakin isə kəskin stress keçirib.

//Samir Qurbanov, Editor.az