Odessanın Primorski rayonundakı təhsil müəssisələrindən birində oktyabrın 21-də 13 yaşlı məktəbli hava hücumu siqnalı zamanı həlak olub.
Bu barədə oktyabrın 22-də Milli Polisin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Müəllimlərin sözlərinə görə, hava hücumu siqnalı zamanı tələbələr və müəllimlər sığınacağa enərkən məktəbli qızın halı pisləşib. Onlar təcili yardım çağırıb və uşağa ilkin tibbi yardım göstərməyə başlayıblar.
Daha sonra çağırış üzrə gələn həkimlər reanimasiya tədbirlərinə başlasalar da, məktəbli dünyasını dəyişib.
Müstəntiqlər məlumatı “təbii ölüm” ilkin qeydi ilə İbtidai istintaqın Vahid Reyestrinə daxil ediblər. Uşağın meyiti ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
//Samir Qurbanov, Editor.az

